Hadisə zamanı xəsarət alan olmayıb
Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb. AYNA xəbər verir ki, bu barədə Abşeron Rayon Təhsil Şöbəsinin məlumatında qeyd edilib.
“Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən dərslərin başlama tarixi barədə qərar veriləcək. Buraxılmış proqram materiallarının tədrisi isə əlavə dərs saatları və onlayn dərslər hesabına təmin ediləcək”, - deyə bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhərindəki 9 nömrəli 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.
Hadisə zamanı xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.