Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb

Xəbərlər

29.03.2024 - 12:16

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində partladıcı və qumbaralar tapılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu və hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 12 ədəd F-1 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Müəllif: Ayna.az