XİN-dən Ballıqaya faciəsi ilə bağlı paylaşım

Xəbərlər

28.08.2023 - 12:15

cedabet dərman SEO Xidməti

“Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır”

Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib. AYNA xəbər verir ki, nazirliyin “X” hesabında edilən paylaşımda qeyd olunub ki, 31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

 “Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var”, - paylaşımda qeyd olunub.

“Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır”. Bunu isə XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “X” hesabında etdiyi paylaşımda yazıb: “Biz qətliam qurbanlarını həmişə xatırlayırıq və heç vaxt unutmayacağıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş