“15 sentyabr Azərbaycan və türk xalqları qardaşlığının ən böyük təzahürlərindən biridir”
Bakı 105 il əvvəl bu gün daşnak-bolşevik işğalından azad edilib. AYNA xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyinin (XİN) sosial şəbəkədəki paylaşımında deyilir.
Bildirilib ki, 15 sentyabr Azərbaycan və türk xalqları arasındakı qardaşlığın ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb.
“Qurtuluş günümüz mübarək!”, - paylaşımda qeyd edilib.