XİN başçısı: “Sülh müqaviləsi istiqamətində danışıqlara bəlli fasilə var idi, amma...”

Aktual

26.02.2024 - 11:51

“Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır"

“Sülh müqaviləsi istiqamətində danışıqlara bəlli fasilə var idi, amma mətn üzərində iş gedirdi”. AYNA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirildi və bundan sonra yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır", - nazir vurğulayıb.

Müəllif: Ayna.az