XİN başçısı: "Bu, təklif deyil, Ermənistanın reaksiyasıdır"

Siyasət

10.05.2022 - 13:05

Ceyhun Bayramov: "Ermənistanın reaksiyası haradasa Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır"

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipinə yanaşmasından danışıb.  AYNA-nın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın Azərbaycanın təkliflərinə 6 bəndlə cavabını təklif adlandırmaq olmaz. 

XİN başçısı vurğulayıb ki, bu, sadəcə onların reaksiyasıdır: "Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlandırmaq olar. Ermənistanın reaksiyası haradasa Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır".

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın sülh gündəliyi ilə bağlı 5 maddəlik baza prinsipinə 6 bəndlə cavab verildiyini açıqlayıb.

Müəllif: Ayna.az