XİN başçısı: "Beynəlxalq sistem çökür, regional əməkdaşlığa ehtiyac var"

Siyasət

01.03.2024 - 18:35

Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak edib

Regional əməkdaşlığa indi daha çox ehtiyac var. AYNA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, dünyada qeyri-sabitlik hökm sürür: "Regional əməkdaşlığa indi daha çox ehtiyac var. Çünki beynəlxalq sistem çökür. Bu baxımdan deyə bilərik ki, TDT xüsusi əhəmiyyətə malik təşkilatdır”.

Müəllif: Ayna.az