XİN: “Azərbaycanın Ermənistan ərazilərinin işğalında təqsirləndirməsi gülüncdür”

Aktual

06.10.2023 - 13:11

“Azərbaycan qüvvələrinin yerləşdiyi ərazilərin Ermənistana məxsus olması iddiası heç bir məntiqə sığmır”

“Azərbaycan ərazilərinin 30 il müddətində 20%-ə yaxın hissəsinin Ermənistan tərəfindən işğalına, hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına göz yuman Fransanın Azərbaycanı 150 kvadrat kilometr Ermənistan ərazilərinin işğalında təqsirləndirməsi gülüncdür”.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd edilib.

“Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və delimitasiya olunmamış sərhəddə Azərbaycanın qüvvələrinin yerləşdiyi ərazilərin Ermənistana məxsus olduğunun iddia edilməsi heç bir məntiqə sığmır”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az