XİN Avropa ölkələrindəki səfirliklərin bağlanmasına münasibət bildirib

Siyasət

10.05.2022 - 08:54

Moskva Avropadakı səfirliklərinin bağlanması təşəbbüsündə deyil

Moskva Avropa ölkələrindəki səfirlikləri bağlmaq fikrində deyil. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, Moskva qeyri-dost adlandırdığı ölkələrin Avropadakı səfirliklərinin bağlanması təşəbbüsündə deyil.

“Bu, bizim ənənəmizdə yoxdur. Ona görə də biz hesab edirik ki, diplomatik nümayəndəliklərin işi vacibdir", - deyə Qruşko bildirib.

Onun sözlərinə görə, ölkəsi diplomatik müharibəyə, qovma kampaniyasına başlamayıb.

Müəllif: Ayna.az