Xarkovda yaşayış bölgəsi atəşə tutulub, ölənlər və yaralananlar var

Dünya

15.04.2022 - 21:07

Həkimlər Klinikalar SEO Xidməti

Ölənlərin arasında uşaqlar da var

Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.

AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

“Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla 7 nəfər həlak olub”, - o yazıb.

Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş