Xarkov atəşə tutuldu: 3 mülki şəxs həlak olub

Dünya

20.07.2022 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

Vilayət mərkəzinin sakinləri ehtiyac olmadığı halda küçələrə çıxmamağa çağırılıb

Bu gün səhər saatlarında Rusiya ordusunun Xarkovu atəşə tutması nəticəsində 3 nəfər həlak olub. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov öz “Telegram” kanalında yazıb.

“Təəssüf ki, Xarkov şəhərinin Saltovski rayonunun işğalçıları tərəfindən səhər saatlarında atəşə tutulması nəticəsində 3 nəfər həlak olub. Həlak olanlardan biri 13 yaşlı oğlan, biri kişi, digəri qadındır. 72 yaşlı qadın isə yaralanıb”, Sinequbov bildirib.

Xatırladaq ki, bu gün səhər Rusiya Xarkova hücum edib. Vilayət mərkəzinin sakinləri ehtiyac olmadığı halda küçələrə çıxmamağa çağırılıb.

Bundan əvvəl Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri bildirmişdilər ki, Putin çox güman ki, Xarkov şəhərinin və Xarkov vilayətinin işğal olunmamış hissəsinin ələ keçirilməsinə göstəriş verib. Xüsusilə, analitiklər qeyd edirlər ki, ruslar iyunun 26-dan etibarən Xarkovdan şimalda yerləşən və Rusiyanın Ukraynaya hücumundan qorunmasında məhdud əhəmiyyətə malik Dementyevka kəndini tutmağa çalışırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş