Xaricdən təhdidlər və sülh proqramı – Milli Məclisdə MÜZAKİRƏ

Aktual

18.10.2024 - 13:52

Həkimlər Klinikalar SEO Xidməti

Birinci vitse-spiker: “Ölkəmiz kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq sülh siyasətini həyata keçirməkdə davam edir”

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilib. İclasın gündəliyinə daxil edilən 15 məsələ müzakirə olunub. Əvvəlcə deputatlar cari məsələlərlə bağlı çıxış ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ağır problemlər qarşısında qalaraq dərin siyasi böhran vəziyyətinə düşmüşdü: “Belə bir şəraitdə dövlətin və xalqın müqəddəratı sual altında idi. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı gözləyən fəlakətlərin qarşısını yorulmaz səyləri ilə almağı bacardı. Ümummilli Lider Heydər Əliyev Azərbaycan əleyhinə hazırlanmış planları alt-üst edib. Bugünkü Azərbaycan Ulu Öndərin Vətən və xalq naminə fədakarlığının parlaq ifadəsidir”.

“Xaricdən təhdidlərin edilməsi Azərbaycan cəmiyyətini daha da birləşdirir”

“Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət bu gün Azərbaycanı zirvələrə yüksəldib. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib”, - deyə deyə spiker vurğulayıb.

“Bu gün ölkəmizə xaricdən təhdidlərin edilməsi Azərbaycan cəmiyyətini daha da birləşdirir və onun təhdidlərə qarşı immunitetini daha da möhkəmləndirir”. Bu sözləri isə çıxışında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan xalqı bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir: “Bu fakt Azərbaycan xalqının birliyini önəmli amilə çevirib. Azərbaycan sülh proqramını açıq şəkildə bəyan edib. Ölkəmiz kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq sülh siyasətini həyata keçirməkdə davam edir”.

Komitə sədri: “İlham Əliyev Sezar kimi təqvim yaradıb”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə çıxışında bildirib ki, “xalqımız 8 noyabr Zəfər, 20 sentyabr Suverenlik gününə qədər 1991-ci ildə qazandığı müstəqilliyi öz təqvimində qara haşiyənin işğalı altında” qeyd edirdi: “2024-cü ilin 18 oktyabrı əsla 33 il əvvəlki tarix deyil, parlaq Vətən müharibəsinin nəticəsidir. Yulian təqvimini qalibiyyətləri ilə Roma imperiyasına bəxş edən Sezar kimi ordu və xalqı ilə birlikdə İlham Əliyev də Azərbaycanın qələbələrini simvollaşdırdı, işğal keçmişindən, məğlubiyyət, soyqırım, köçkünlük əsrindən xilas olduğu yeni təqvim yaradıb. Müstəqilliyimizə 3 əsrlik tariximizdən baxsaq - xanlıqlar, çarizm, sovetlər və ondan sonrakı dövrdə azərbaycanlıların dövlət və millət varlığı həmişə Rusiya imperiyası və İrandan, ya da Cümhuriyyət qurucularının gedib yardım istədikləri Vudro Vilsonlardan asılı olub. I Pytordan sonra heç bir rus lideri erməniləri azərbaycanlılara qurban verməyib. İlham Əliyev 300 illik tarixin gedişini və hökmlərini dəyişdirdi, özünün dediyi kimi, qlobal layları tərpətdi. Qarabağı və Naxçıvanı xilas edən Nərimanov da, İranda azərbaycanlı davası aparan Bağırov da Azərbaycanı indiki qədər müstəqil edə bilməyib. Heydər Əliyev kursu xalqımızı həqiqi müstəqilliyə qovuşdurdu və biz indi 1991-ci ildəki oktyabrdan yox, 2020-ci ildən sonrakı yeni tarixdən danışırıq”.

“Ölkəmizdə hakimiyyət Brüsseldən təyin olunmur”

“2024-cü ilin müstəqillik gününün ikinci əlaməti  tarixdə ilk dəfə ermənilərin kompakt yaşadığı Xankəndindən etnik təmizləmə ilə deyil, könüllü getməsidir. Bir daha vurğulayırıq ki, Ermənistandan fərqli olaraq, biz heç vaxt monoetnik dövlət olmayacağıq. Əgər SSRİ dağılanda ərazilərimiz işğal olunmasaydı, Dağlıq Qarabağ Muxtar vilayəti qalacaqdı və indi bayramı biz ermənilərlə birgə qeyd edirdik. 1920-ci illə də müqayisə edə bilmərik, Cümhuriyyət zamanı ilə də. Çünki ermənilər onda da müəyyən sayda Qarabağda mövcud idilər. Beləliklə, Azərbaycanın varlığı tarixində ilk dəfə millətimiz erməni muxtariyyatı və işğalı olmadan müstəqilliyini qeyd edir”, - deyə Z.Oruc əlavə edib. 

Komitə sədri vurğulayıb ki, indiki azadlığımızın 3-cü atributu 1991-ci ildə işğalı həyata keçirənlərin öz ədalət məhkəmələrini gözləmələridir: “İkinci Dünya müharibəsindən sonra, 75 ildə  bu heç bir dövlətə ayrılıqda müyəssər olmayıb. Bir çox keçmiş sovet ölkəsindən fərqli olaraq, ölkəmizdə hakimiyyət Brüsseldən təyin olunmur. O cümlədən, İran dövləti qacarlardan sonra ilk dəfə müharibədə qələbəmizdən bəhrələnmək və azərbaycanlıları Ali Dini Şura ətrafında birləşdirmək üçün Pezeşkianın timsalında bir azərbaycanlını 80 namizədin içindən xalqa rəhbər seçdi. Zəfərimizdən faydalandılar. 1905-1906-cı ilər, 1918-1920-ci illər savaşı, 1948 və 1988-ci ilin deportasiyası, ötən əsrin axırı və 2023-cü ildə sona çatan erməni-azərbaycanlı konfliktini indi əbədi qurtarmaq və daimi sülhü bərqərar etmək də məhz Azərbaycandan asılıdır”.

Deputat: “Ermənistanla münasibətlərin normallaşmasına ciddi səylə mane olurlar”

“Azərbaycanın müasir tarixində əlamətdar günlərdən biri 15 oktyabr 2003-cü il tarixinə təsadüf edir. Prezident seçkilərindən sonra Azərbaycan yeni mərhələyə daxil oldu. Ölkəmiz müstəqil daxili və xarici siyasət həyata keçirdi, qısa müddətdə nəhəng enerji layihələrini reallaşdırdı, ölkənin sosial-iqtisadi inkişafı təmin olundu, sürətli ordu quruculuğuna başlanılıb. Azərbaycan bütün bu uğurlara güclü lider Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və qətiyyətli siyasəti və yüksək liderlik bacarığı nəticəsində nail olub. Bu gün məhz bu siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Bir neçə gündən sonra ölkəmiz COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu gün Azərbaycana qarşı qərəzin, aparılan çirkin kampaniyanın səbəblərindən biri də məhz bu uğurlardır”. Bu sözləri deputat Ceyhun Məmmədov səsləndirib.

Millət vəkili bildirib ki, Azərbaycanın bölgədə yeni reallıq yaratması, müstəqil siyasət həyata keçirməsi bir çox dövlətləri ciddi narahat edib: “İndi Qərbin bəzi dairələri sanki Azərbaycana qarşı qarayaxma kompaniyası aparmaq üçün növbəyə durublar. Müstəqil siyasətin qarşısını almağa çalışır bölgəmizə sülhün gəlməsinə, Ermənistanla münasibətlərin normallaşmasına ciddi səylə mane olurlar. Amma Azərbaycan hər zaman olduğu kimi, bütün məqsəd və hədəflərinə nail olacaq".

Bundan sonra deputatlar gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıblar.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş