Tramp Ağ Evdə baş tutan qapalı görüşdən sonra İranla bağlı qərarlar verə bilər
ABŞ İrana qarşı hərbi əməliyyata qoşulmaq barədə qərar qəbul etməyə yaxındır. AYNA.AZ xəbər verir ki, bu iddia ilə İsrail televiziyasının “12-ci kanalı” çıxış edib.
Bildirilib ki, İsrail rəsmiləri ABŞ-ın bu addıma yaxınlaşması, nəticədə Amerika qüvvələrinin İranın nüvə obyektlərinə zərbə endirməsi ilə razılaşır.
“Axios” internet portalı daha əvvəl mənbələrə istinadən məlumat vermişdi ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması və Amerika qüvvələri tərəfindən İslam Respublikasının nüvə obyektlərinə zərbələr endirməsi imkanlarını nəzərdən keçirir. Portalın məlumatına görə, Tramp Ağ Evdə baş tutan qapalı görüşdən sonra İranla bağlı qərarlar verə bilər.