Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

Xəbərlər

22.09.2022 - 15:42

Sənədlər sentyabrın 30-u saat 23:59-dək qəbul ediləcək

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş sənəd qəbulu davam edir. Bu barədə AYNA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənədlər sentyabrın 30-u saat 23:59-dək qəbul ediləcək. Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər. Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected]  ünvanına müraciət etmək olar.

Müəllif: Ayna.az