Xaricdə doktorantura təhsilinə başlanılır

Xəbərlər

03.08.2023 - 17:53

cedabet dərman SEO Xidməti

Proqrama müraciətlər sentyabrın 20-dək davam edəcək

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində cari il üzrə ikinci sənəd qəbuluna start verilir.

Elm və Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat haqqında məlumatı nazirliyin saytından əldə etmək mümkündür.

Proqrama müraciətlər sentyabrın 20-dək davam edəcək.

Əlavə sual yarandığı zaman [email protected]  elektron poçt ünvanına müraciət ünvanlamaq olar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş