Sülhməramlılar müraciətə cavab verilməsi üçün vaxt istəyib
Bakıdan Xankəndiyə göndərilən 40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.
AYNA APA-ya istinadən xəbər verir ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı hələlik heç bir addım atmır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev dünən bildirmişdi ki, yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlıları ilə müzakirələr aparılır.
Sülhməramlılar müraciətə cavab verilməsi üçün vaxt istəyib.
Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.