Xankəndidəki paradda ermənilərdən hərbi qənimət kimi götürülən tank və texnikalar nümayiş etdirilib - FOTOLAR

Xəbərlər

08.11.2023 - 13:46

cedabet dərman SEO Xidməti

Xankəndi şəhərində Zəfər Günü münasibətilə hərbi parad keçirilib

Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən tanklar və texnikalar nümayiş etdirilib.

AYNA-nın xəbərinə görə, həmin tanklar və texnikalar Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib və parad meydanından keçib.

Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Xankəndidəki paradda ermənilərdən hərbi qənimət kimi götürülən tank və texnikalar nümayiş etdirilib - Xankəndidəki paradda ermənilərdən hərbi qənimət kimi götürülən tank və texnikalar nümayiş etdirilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş