Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xəbərlər

22.02.2024 - 14:06

Daxili İşlər Nazirliyi məlumat yayıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində iki ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual