Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanılıb

Xəbərlər

21.02.2022 - 22:39

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda faktla bağlı araşdırma aparılır

“Müştərisi olduğu xanıma qarşı hörmətsizlik edən taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Röyal Həsənov müəyyən olunaraq saxlanılıb”.

AYNA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib.

“O, əməlini etiraf edib. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”, - DİN rəsmisi əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş