“Xan”da yoxlama aparılıb

Xəbərlər

05.05.2025 - 12:19

Həkimlər Klinikalar SEO Xidməti

Sumqayıtda dönərxanada nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, 6-cı mikrorayon, Yeni Corat qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimli İbrahim Əlisa oğluna məxsus “Xan” dönərxanasında yoxlama aparıblar.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, yoxlama zamanı dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı ictimai iaşə obyektinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş