Xamenei: “İranın İsrailə raket hücumu tamamilə qanunidir”

Dünya

04.10.2024 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

“Silahlı qüvvələrimiz iki-üç gün əvvəl gözəl işlər gördü”

“İranın İsrailə raket hücumu tamamilə qanunidir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei deyib.

Tehranda cümə namazı zamanı Xamenei qeyd edib ki, hər bir xalqın öz ölkəsini təcavüzkardan müdafiə etmək hüququ var.

“Silahlı qüvvələrimiz iki-üç gün əvvəl gözəl işlər gördü və bu, tamamilə qanuni idi”, - TASS onun sözlərindən sitat gətirib.

Qeyd edək ki, oktyabrın 1-də İranın ali dini lideri İsraili “daha sarsıdıcı zərbələrlə” hədələyib.

Müəllif: Ayna.az