Xalasının evindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

18.05.2022 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənovu saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib.

Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə xalasına məxsus evə daxil olaraq oradan, ümumilikdə, 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş