Xaçmazda yol qəzası olub, xəsarət alanlar var

Xəbərlər

24.08.2022 - 23:07

Həkimlər Klinikalar SEO Xidməti

Qəzada xəsarət alanlar xəstəxanaya çatdırılıblar

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Fiat" və "Daewoo" markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Rəşid Sədrəddin oğlu Hacıyev və 1994-cü il təvəllüdlü Şəlalə Teyyub qızı Qasımova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş