Polis əməkdaşları tərəfindən 4 ədəd tüfəng təhvil götürülüb
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən profilaktiki tədbirlər müsbət nəticələnir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, qeyd olunan tədbirlərlə qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilir.
Gün ərzində polis əməkdaşları tərəfindən 4 ədəd tüfəng təhvil götürülüb.
Bundan başqa, polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “Toz-8” markalı yivli silah, 4 ədəd patron darağı və 150 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.