Xaçmazda naməlum avtomobil piyadaları vurub

Xəbərlər

15.09.2022 - 01:45

cedabet Klinikalar SEO Xidməti

Yaralılar sakinlərin köməyilə xəstəxanaya çatdırılıb

Xaçmazda avtomobil piyadaları vuraraq xəsarət yetirib. AYNA-nın "Report"a istinadən xəbərinə görə, hadisə Bakı prospektində baş verib.

Belə ki, rayonun Şollar kənd sakinləri - 1988-ci il təvəllüdlü Əmirxanova Ülviyyə Ələkbər qızı və 2016-ci il təvəllüdlü Əmirxanova Zəhra Elşad qızı yolu keçərkən avtomobil onları vurub.

Yaralılar sakinlərin köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Piyadaları vuran sürücünün kimliyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş