Xaçmazda ev yanıb

Xəbərlər

15.09.2023 - 12:56

cedabet dərman SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Xaçmazda 4 otaqlı ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Xaçmaz rayonunun Yaquboba kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının taxtadan ibarət tavanı 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş