Xaçmazda avtomobil ağaca çarpılıb, yaralanan var

Hadisə

21.05.2022 - 11:56

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

Xaçmaz rayonunda avtomobil ağaca çarpılıb, yaralanan var. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Xudat şəhərində “Opel” markalı minik avtomobilinin ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az