Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Ağakərim Sefulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ budun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.