Putinlə Boris Conson arasında telefon danışığı olub

Dünya

14.12.2021 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

Telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub

Rusiya Prezidenti Vladimir Putinlə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ukrayna münaqişəsi müzakirə olunub.

Boris Conson Rusiya qoşunlarının Ukrayna sərhədləri boyunca genişmiqyaslı hərəkətindən narahatlığını bildirib.

Kremlin məlumatında daha sonra deyilir: "Ukraynadaxili böhranın həlli üçün mübahisəsiz əsas olan Minsk razılaşmalarının pozulması ilə bağlı Kiyevin destruktiv xəttinin konkret nümunələri göstərilib. Bildirilib ki, Ukrayna hakimiyyəti münaqişə zonasında təmas xəttində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir, ağır silahlardan istifadə edir və Minsk Tədbirlər Paketi ilə qadağan edilmiş pilotsuz uçuş aparatlarından hücuma keçir.

Vurğulanıb ki, bütün bunlar NATO ölkələri tərəfindən Ukrayna ərazisinin aktiv hərbi mənimsənilməsi fonunda baş verir və bu, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Bunu nəzərə alaraq, Vladimir Putin NATO-nun şərqə doğru genişlənməsini, Rusiyanı təhdid edən silahların qonşu dövlətlərdə, ilk növbədə, Ukraynada yerləşdirilməsini istisna edən aydın beynəlxalq hüquqi müqavilələr hazırlamaq üçün dərhal danışıqlara başlamağın zəruriliyini bəyan edib. Rusiya tərəfi müvafiq sənədlər layihələrini təqdim edəcək.

Liderlər müxtəlif kanallar vasitəsilə qaldırılan məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş