"Vladimir, dayan!"

Dünya

24.04.2025 - 21:04

Həkimlər Klinikalar SEO Xidməti

Amerika rəhbəri Moskva və Kiyevi yenidən sülh müqaviləsi bağlamağa çağırıb

ABŞ Prezidenti Donald Tramp aprelin 24-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi zərbəni 2024-cü ilin iyulundan bəri ən dağıdıcı zərbəsi olduğunu bəyan edib. AYNA.AZ xəbər verir ki, Amerika lideri "Rusiyanın Kiyevə endirdiyi zərbələrdən razı deyiləm” deyə bildirib.

“Bu, lazımsız və çox vaxtsızdır. Vladimir, dayan!” — Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Amerika rəhbəri tərəfləri yenidən sülh müqaviləsi bağlamağa çağırıb. Onun sözlərinə görə, Ukraynada hər həftə cəbhədə beş min əsgər ölür.

Qeyd edək ki, ötən gecə Rusiya Silahlı Qüvvələri qanadlı və ballistik raketlərdən, həmçinin hücum pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukrayna ərazisinə hücum edib. Xarkov və Kiyev hücuma məruz qalıb. Ölkənin paytaxtında son məlumatlara görə, ikisi uşaq olmaqla azı 8 nəfər həlak olub, daha 90-a yaxın insan yaralanıb.

Prezident Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya 70-ə yaxın raket və 150-yə yaxın hücum pilotsuz təyyarəsi atıb: "Ukraynanın atəşkəsə razılıq verməsindən 44 gün keçdi. Bu, ABŞ-ın təklifi idi. Qırx dörd gündür ki, Rusiya insanları öldürməkdə davam edir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş