Vergi ödəyicilərinin sayı 8 faiz artıb

İqtisadiyyat

08.02.2024 - 17:36

Bunun 87,3 faizini fiziki şəxslər, 12,7 faizini hüquqi şəxslər və digər təşkilatlar təşkil edib

Bu il fevralın 1-nə Azərbaycanda 1 522 750 vergi ödəyicisi uçotda olub. AYNA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bunun 87,3%-ni fiziki şəxslər, 12,7%-ni hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.

Ötən il fevralın 1-nə nisbətən vergi ödəyicilərinin ümumi sayı 8%, o cümlədən fiziki şəxslərin də sayı 8% (ümumi artımın 86,7%-i), hüquqi şəxslərin sayı isə 8,4% (ümumi artımın 13,3%-i) artıb.

Müəllif: Ayna.az