Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirilib

Xəbərlər

26.05.2024 - 16:41

139 nəfər tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2024-cü il mayın 26-da Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirib.

DİM-dən AYNA-ya verilən xəbərə görə, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 555 namizəd iştirak edib. Ümumilikdə 139 nəfər (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzrə 132, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzrə 7) tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 29-31 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.

Müəllif: Ayna.az