Lənkəran sakininin avtomobilindən silah aşkarlanıb
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Hüseynov idarə etdiyi "VAZ 2121" markalı avtomobillə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, avtomobilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən lüləsi və qundağı kəsilmiş "abrez" tipli nömrəsi silinmiş ov tüfəngi və həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.