COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 158 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, üç və daha çox doza vaksin vurduranların sayı 64, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 15 nəfərdir.