Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

25.12.2021 - 19:35

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə 26 436 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 249, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 609 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 203 595, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 155 907, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 659 458, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 388 230 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş