ÜST-dən vaksinlə bağlı dünya ölkələrinə çağırış

Dünya

24.05.2021 - 14:45

Həkimlər Klinikalar SEO Xidməti

Hər ölkə əhalisinin 30 faizini ilin sonunadək koronavirusa qarşı peyvənd etdirməlidir

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus hər ölkəni sentyabr ayınadək əhalisinin 10 faizini koronavirusa qarşı peyvənd etdirməyə çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Qebreyesus bu çağırışı Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında edib.

 

ÜST-nin rəhbəri onu da vurğulayıb ki, hər ölkənin öz əhalisinin 30 faizini isə ilin sonunadək peyvənd etdirməsi önəmlidir.

 

“Bunun pandemiyası ilə mübarizədə mühüm təsirləri ola biləcək”, - deyə əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş