“Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqlar vaxt itkisidir”

Dünya

12.07.2023 - 19:04

cedabet dərman SEO Xidməti

Bolton: “Münaqişə gedən ölkənin NATO-ya üzvlüyü mümkün deyil”

“Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqlar vaxt itkisindən başqa bir şey deyil”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

Bolton bildirib ki, Ukraynanın NATO-ya üzv qəbulu ilə bağlı demokratiyanın olmaması, korrupsiya ilə mübarizə və digər şərtlərdən bəhs etmək mənasızdır.

“Çünki münaqişə gedən ölkənin NATO-ya üzvlüyü mümkün deyil. Bunu Ukraynaya açıq şəkildə deməlidirlər”, - Bolton əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş