“Vladislav Kosiniyak-Kamışla məhsuldar söhbətimiz baş tutdu”
Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov Polşadan olan həmkarı Vladislav Kosinyak-Kamışla cəbhə xəttindəki vəziyyəti müzakirə edib. AYNA xəbər verir ki, bu barədə ukraynalı nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Polşanın Baş nazirinin müavini, milli müdafiə naziri Vladislav Kosiniyak-Kamışla məhsuldar söhbətimiz baş tutdu”, nazir qeyd edib.
Umerov bildirib ki, həmçinin polşalı həmkarını bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və cəbhə xəttindəki vəziyyətlə bağlı ona məlumat verib.
Bundan əlavə, Umerov Kosinyak-Kamışı Kiyevə dəvət edib.