Hazırda Xarkov şəhərində şiddətli döyüşlər gedir
Xarkovun müdafiəsi zamanı Boqoduxov Şəhər Şurasının deputatı Sergey Qluşenko dünyasını dəyişib.
AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Boqoduxov Şəhər Şurasının saytında bildirilib.
Qeyd edək ki, hazırda Xarkov şəhərində şiddətli döyüşlər gedir. Prezident ofisinin məlumatına görə, isə hazırda Ukraynanın Xarkov, Çernoqov və Sumı şəhərlərində hərbi obyektlərin olmadığı yerlər hava zətbələrinə məruz qalır. Raket zərbələrinin mənbəyinin Belarus olduğu müyyən edilib.