Ukraynadan olan qaçqınların sayı 3,7 milyonu ötüb

Dünya

28.03.2022 - 05:28

Həkimlər Klinikalar SEO Xidməti

Ən çox insanın Polşaya üz tutduğu bildirilir

Hərbi əməliyyatlar başlayandan Ukraynanı 3,7 milyondan çox insan tərk edib.

AYNA xəbər verir ki, bu barədə "Axios" portalı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR) istinadən məlumat yayıb.

Qeyd olunur ki, ən çox insan Polşaya üz tutub – 2,1 milyon. Rumıniyaya 555 min nəfər, Moldovaya 371 min nəfər, Macarıstana 324 min nəfər, Slovakiyaya isə 256 min nəfər keçib. Rusiya ərazisinə Ukraynadan 271 min qaçqın, Belarusa isə 4,9 min nəfər gəlib.

Bundan əlavə 6,5 milyon insan məcburi köçkün hesab olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş