Ukraynada rus generalı öldürülüb

Dünya

03.03.2022 - 15:56

Həkimlər Klinikalar SEO Xidməti

General-mayor Suxovetski hərbi əməliyyat zamanı həlak olub

Rusiya Quru Qoşunlarının 41-ci Əlahiddə Ordusu komandanının müavini, general-mayor Andrey Suxovetski Ukraynada keçirilən xüsusi əməliyyat zamanı ölüb. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə onun həmkarı Sergey Çipilev “VKontakte” səhifəsində məlumat verib.

“Böyük ağrı ilə demək istəyirəm ki, dostumuz, general-mayor Andrey Aleksandroviç Suxovetskinin Ukrayna ərazisində xüsusi əməliyyat zamanı həlak olması ilə bağlı faciəli xəbəri aldıq. Andrey Aleksandroviçin ailəsinə dərin hüznlə başsağlığı veririk”, - deyə o yazıb.

Andrey Suxovetski 1995-ci ildə Ryazan Ali Hava Desant Komandanlıq Məktəbini bitirib. General tağım komandirindən qvardiya hava hücumu bölməsinin qərargah rəisi vəzifəsinə qədər yüksəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş