Ukraynada müharibə səbəbi ilə həlak olan mülki əhalinin sayı açıqlanıb

Aktual

26.05.2022 - 08:20

Həkimlər Klinikalar SEO Xidməti

Ölənlərdən əlavə, 4 mindən artıq mülki şəxs yaralanıb

Rusiyanın tammiqyaslı hücumu başlayandan bəri Ukraynada 3 974 mülki şəxs ölüb. AYNA xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.

Mülki əhalinin yaşayış yerlərinə ağır artileriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu qeyd edilir.

Bildirilib ki, ölənlər arasında 1 497 kişi, 985 qadın, 91 qız və 99 oğlan, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 69 uşaq və 1 233 böyük var. Eyni zamanda, 4 654 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş