"Faktiki rəqəmləri tam şəkildə müəyyənləşdirmək mümkün deyil"
Rusiyanın Ukraynaya təcavüzkar hərbi hücumu nəticəsində 161 uşaq həlak olub. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova deyib.
"Rusiyanın başlatdığı müharibə nəticəsində 161 uşaq ölüb, 264 uşaq yaralanıb", - deyə Denisova bildirib.
Denisovanın sözlərinə görə, aktiv döyüş əməliyyatları davam etdiyi üçün faktiki rəqəmləri tam şəkildə müəyyənləşdirmək mümkün deyil.