Ukraynada koronavirusa yoluxma artıb

Dünya

18.02.2021 - 17:54

Son sutka ərzində COVID-19-dan 163 nəfər ölüb

 

Son sutka ərzində Ukraynada 6237 nəfər koronavirusa yoluxub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

 

Bildirilib ki, yoluxma sayı son günlərin yuxarı göstəricisidir.

 

Bir sutka ərzində ölkədə COVID-19-dan 163 nəfər ölüb, 2222 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Məlumatda vurğulanıb ki, Ukraynada pandemiya dövründə 1 milyon 287 min 141 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 1 milyon 134 min 120 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 24 min 852 nəfərdir.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar