Ukraynada həlak olan uşaqların sayı 205-ə çatıb

Dünya

18.04.2022 - 11:15

Həkimlər Klinikalar SEO Xidməti

Müharibədə həlak olan uşaqların sayı açıqlanıb

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 205 uşaq ölüb, 362 uşaq güllə və qəlpə yarası alıb”.

AYNA xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, müharibə nəticəsində 567 uşaq müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş