Ukraynada bir gündə 7 nəfər koronavirusun qurbanı oldu

Dünya

02.05.2020 - 11:58

Virusa yoluxanların sayı 11 min 411 nəfərə çatıb

 

Ukraynada son sutkada 550 nəfər koronavirusa tutulub. AYNA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin açıqlamasında qeyd edilib ki, Ukraynada koronavirusa yoluxanların sayı 11 min 411 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 7 nəfər ölüb.

 

Ümumilikdə, koronavirusdan ölənlərin sayı 279 nəfərə çatıb. Yoluxanlardan 1498 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

 

Qeyd edək ki, Ukraynada mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Müəllif: Ayna.az