Ukrayna və Polşa birgə silah istehsal edəcək

Xəbərlər

02.06.2022 - 09:10

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna və Polşa sərhədyanı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Ukrayna və Polşa hökumətləri hərbi texnika istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıblar. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Polşa ilə hökumətlərarası məsləhətləşmələrin yekunlarına dair brifinq zamanı bildirib.

"Bu, bizim müdafiə və hərbi əməkdaşlığımızı yeni səviyyəyə çıxaracaq və müasir müdafiə silahlarının yaradılmasına imkan verəcək”, - deyə Şmıqal qeyd edib.

Ukrayna və Polşa sərhədyanı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Razılığa əsasən, tərəflər dövlət sərhədinin Ukrayna-Polşa hissəsində nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə əməkdaşlıq intensivləşdiriləcək. Bunun üçün Ukrayna-Polşa işçi qrupu yaradılıb və iyun ayında Korçova-Krakovets sərhəd-keçid məntəqəsində birgə nəzarət-buraxılış məntəqələrinin artırılmasına yönəlmiş pilot proqrama başlanılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş