Ukrayna üzrə növbəti sülh sammitinin tarixləri açıqlanıb

Dünya

17.06.2024 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

Növbəti sülh sammiti ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl təşkil edilə bilər

İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib ki, Ukrayna üzrə növbəti sülh sammiti ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl təşkil edilə bilər. AYNA xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Nəşr isveçrəli nazirdən sitat gətirib: “Bu həftəsonu İsveçrədə keçirilən danışıqların davamı olaraq, məqsədi Ukraynada sülhə yol açmaq olacaq növbəti sammit ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə qədər mümkün ola bilər”, - deyə nazir bildirib.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrədə Ukrayna üzrə ilk sülh sammiti keçirilib. Burada 100-dən çox ölkədən və beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edib. İştirakçıların əksəriyyəti sammitdən sonra kommünike qəbul ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş