Ukrayna SQ: Rusiya dənizdən raketlər və pilotsuz təyyarələrlə güclü hücuma hazırlaşır

Dünya

31.05.2023 - 07:44

Mayın 31-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Qara dənizdə yerləşən raketdaşıyıcılardan Ukraynaya zərbələr endirə bilər.

AYNA-nın məlumatına görə, bunu çərşənbə axşamı, mayın 30-da milli telemarafonun efirində Cənub Operativ qərargahının sözçüsü Natalya Qumenyuk deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri hərtərəfli hücuma hazırlaşır: onlar Qara dənizdəki reaktiv daşıyıcı sistemlərdən şəhərləri atəşə tutacaq, həmçinin hücum pilotsuz təyyarələrini buraxacaqlar.

Qumenyukun fikrincə RF Silahlı Qüvvələri çox güman ki, taktikanı dəyişib.

Müəllif: Ayna.az