Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiyanın 620 hərbçisini zərərsizləşdirib

Dünya

14.05.2023 - 10:58

Rusiyanın canlı qüvvə itkisinin sayı açıqlanıb

Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiyanın 620 hərbçisini və onlarla artilleriya sistemini zərərsizləşdirib.

AYNA bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, müharibənin başlanğıcından bu günə kimi Rusiya artıq 199 minə yaxın hərbçisini itirib. Belə ki, Rusiya müharibə ərzində təxminən 198 880 hərbçi itirib. Ölkənin o cümlədən 3 756 tankı, 7 325 zirehli döyüş maşını, 3 116 artilleriya sistemi, 308 təyyarəsu, 294 helikopteri sıradan çıxarılıb.

Müəllif: Ayna.az